16 apreldə gözlənilən hava şəraiti
15.04.2017 992 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında 

Aprelin 16-dahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz  yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə8-11, gündüz 15-19,Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu,  nisbi rütubətgecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında

Aprelin 16-dabəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 15-20, dağlarda gecə0-5, gündüz7-12dərəcə isti olacağı gözlənilir. 


Digər xəbərlər:
Şərhlər
avatar