15 martda gözlənilən hava şəraiti
14.03.2016 681 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki, 

Bakıda və Abşeron yarımadasında

 

Martın 15-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 750 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Martın 15-də arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 8-13, dağlarda gecə 0-5, gündüz 1-6 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

Martın 15-dən 16-sı gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyi, havanın temperaturunun enməsi, rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar