13 yaşlı qızını öldürən ata saxlanılıb - YENİLƏNİB
31.01.2017 1566 0.0 0

Bu gün günorta saatlarında azyaşlı qızını öldürən  ata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

APA-nın məlumatına görə, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əşrəf Süleymanov saxlanılaraq istintaqa təhvil verilib.

 

 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

 

Quba rayonunda qətl hadisəsi baş verib.

Məlumata görə, hadisə rayonun Alpan kəndində qeydə alınıb.

 

Kənd sakinlərinin  verdiyi məlumata görə, kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib. 

 

Atanın ruhi xəstə olduğu bildirilir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar