Tarix: 05.12.2016,   Saat: 16:27, Bazar ertəsi.          

13 noyabrda gözlənilən hava şəraiti

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

 

Noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 15-19, Bakıda gecə    10-12, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 55-60  faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

Noyabrın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq.  Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.



  Bölmə: Manşet | Baxış sayı: 879 | Tarix: 12.11.2016, 19:30


Xəbərlər