13 avqustda gözlənilən hava şəraiti
12.08.2016 691 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

Avqustun 13-də günəşlihava şəraitinin olacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 34-39, yarımadanın bəzi yerlərində 41, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 25-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda  29-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Avqustun 13-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlıq

Avqustun 13-14-də  Abşeron yarımadasında gözlənilən isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.


Digər xəbərlər:
Şərhlər
avatar