12 mayda gözlənilən hava şəraiti
11.05.2016 510 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki, 

 

Bakıda və Abşeron yarımadasında

 

Mayın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində  əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-15, gündüz 20-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Mayın 12-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar