09 iyulda gözlənilən hava şəraiti
09.07.2016 519 0.0 0

 

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki, 
 
Bakıda və Abşeron yarımadasında

 

İyulun 09-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında

İyulun 09-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 17-22 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

İyulun 09-da Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq yaratsa da, havanın temperaturunun bir qədər aşağı enməsi müsbət amildir.

 

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar