05 martda gözlənilən hava şəraiti
04.03.2017 749 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

Martın 05-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 7-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  762  mm civə sütunundan 773 mm civə sütununa yüksələcək,  nisbi rütubət  70-80 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Martın 05-də bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv  olacağı ehtimalı var. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.


Digər xəbərlər:
Şərhlər
avatar