Ziyafət Əsgərov: «AŞPA-da ikili standartların şahidi olduq»
30.01.2016 570 0.0 0

 “Son qərarla biz Avropa Şurası Parlament Assambleyasında ikili standartların şahidi olduq”. Məlumata görə, bunu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
 
 
Onun sözlərinə görə, baş verənlər bir daha göstərib ki, dünyada beynəlxalq hüquq işləmir: "Beynəlxalq hüquq böyük dövlətlər üçün məşğuliyyət, kiçik dövlətlər üçün isə məhdudiyyətdir. Böyük dövlətlər beynəlxalq hüquqdan öz məqsədləri üçün istifadə edir. Hər birimiz bunu öz gözlərimizlə görürük".
 
Xatırladaq ki, Robert Volterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb. Layihə qəbul olunmayıb.
 
Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, CHP-dən olan İstanbul millət vəkili İlhan Kesici qətnaməyə verdiyi səsin “bitərəf” kimi qeyd olunduğunu, əslində isə sənədin lehinə səs verdiyini açıqlayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar