Zelenskinin maaşı açıqlandı
03.08.2019 605 0.0 0

Ukrayna Prezidenti Vladimir Zelenski ayda 28 min qrivna (təxminən 1864 manat) maaş alır.

Qazeta.info "Ölkə.Az" -a stinadən  xəbər verir ki, bu barədə məlumatı Ukrayna Dövlət Administrasiyası yayıb.

İdarədən bildirilib ki, məbləğin 5460 grivna (364 manat) vergiyə çıxılır.

Qeyd olunur ki, Ukraynanın eks prezidenti Petro Poroshenko da bu qədər əmək haqqı alırmış.

Daha əvvəl,  Zelenskinin prezident postunda 1 günü 854 qrivna (57 manat) hesablandığı bildirilirdi.

2018-ci ildə Zelenski 9,7 milyon qrivna (650 min AZN) gəlir, eləcə də həyət evi, mənzil və hoteldə nömrələr deklorasiya etmişdi.

Prezidentin Kiyevdə sahəsi 353 kvadratmetr olan bir evi, 131 kvadratmetr 1 mənzili, 1200 kvadratmetr sahəsi, iki park yeri var.

Bundan əlavə, Zelenski İtaliyada bir neçə mənzilə, İngiltərədəki 1 mənzilə və Gürcüstandakı otel otaqlarında paya sahibdir.     


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar