Zelenski dövlət çevrilişinə hazırlıq getdiyini bəyan etdi
26.11.2021 299 0.0 0

Ukrayna Prezidenti Zelenski qarşıda ölkədə dövlət çevrilişinə cəhd olunacağına hazırlıq getdiyini elan edib.
 

Qazeta.info Rusiya mətbuatına istinadla xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 1-də ölkədə dövlət çevrilişinə hazırlıq getdiyi barədə məlumat aldığını bildirib.
 

Zelenski əlavə edib ki, Ukrayna oliqarxlarla “böyük müharibənin” başlanğıcındadır.

Bununla belə, Zelenski qeyd edib ki, o, hakimiyyətin zorakılıqla ələ keçiriləcəyi ehtimalına inanmır.


Dövlət başçısı qeyd edib ki, dövlət çevrilişinin arxasında ukraynalı iş adamı Rinat Akhmetov dayanır.

Onun sözlərinə görə, onun əlində səs yazıları var.Hansı ki,  Rusiya və Ukrayna nümayəndələri  orada iş adamı Rinat Axmetovun iştirakını müzakirə edərək, buna milyardlarla dollar cəlb edildiyi qeyd edilir.

Ukrayna prezidenti bunun təxribat xarakterli olduğunu da istisna etməyib. O, bu informasiyanın konkret olaraq Axmetovu dövlətə və prezidentə qarşı savaşa sürükləmək məqsədilə ortaya atıldığını qeyd edib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar