Zaxarova Trampın son bəyanatına münasibət bildirib
12.04.2018 5036 0.0 0

"ABŞ-ın İraqa müdaxiləsinin yekununda İŞİD peyda oldu".

 

Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın Suriyaya hücumla bağlı yeni "tvit"ini şərh edərkən bildirib. "Sadəcə, hələ heç kəs İraqa görə ABŞ təşəkkür edib qurtarmayıb, hansı ki, müdaxilənin yekununda İŞİD peyda oldu", - deyə Rusiya XİN sözçüsü "Facebook" səhifəsində yazıb.


Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyaya hücumla bağlı yeni açıqlama yayıb. O, özünün “Twitter” səhifəsində əməliyyatın vaxtının hələlik müəyyənləşmədiyini yazıb: “Suriyanı çox tezliklə də vura da bilərik, gec də vura bilərik. Nə vaxt hücum edəcəyimizi heç vaxt deməmişəm. Mənim rəhbərliyimdə ABŞ Suriyadan İŞİD-in çıxarılması üçün böyük işlər görüb. Haqqımız olan “Təşəkkür edirik, Amerika!” ifadəsini isə eşitmirik”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar