Zaur Kamal Günel Ələkbərovanı pərt etdi – VİDEO
09.07.2015 854 0.0 0

“Uşaq axıra kimi ata deyə biləcək?”.

Qazeta.info Oxu.Az-a istinadla xəbər verir ki, 5/5 proqramının aparıcısı Zaur Kamal müğənni Günel Ələkbərovaya gözlənilməz sual verib.

“Yoldaşın evə gecə 12-də gəlir? Uşaq axıra kimi ata deyə biləcək? Deyirlər, toy söhbəti oyun idi, gəldi və getdi” suallarına sənətçi belə cavab verib:

“Allah bütün uşaqlara ata-ana deməyi nəsib etsin. Bizim ailəmizdə hər şey yaxşıdır. Sən narahat olma. Mənim həyat yoldaşımla yaxından tanış olarsan. Kim nə deyir-desin, fərq etmir”.

Sonra Zaur Kamal “Bunun əlindən mikrofonu alın. Efirdə özünü yaxşı, ağır apar. Şıltaqlığın lazım deyil. Verilişə gec və havalı gəlmisən“”, - deyə Günel Ələkbərovanı pərt edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar