Zakir Həsənov Londonda Müdafiə nazirlərinin görüşündə iştirak edir
08.09.2016 567 0.0 0

Londonda BMT-nin Sülhməramlı Əməliyyatları mövzusunda Müdafiə nazirlərinin görüşü keçirilir

Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilir. Görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edir.
Görüş Böyük Britaniyanın müdafiə naziri Maykl Fallonun sədrliyi ilə keçirilir. Bu tədbir ötən ilin sentyabrında BMT-nin baş katibi Pan Gi Mun və ABŞ Prezidenti Barak Obama tərəfindən 50-ə yaxın ölkə başçısı ilə dünyada sülhməramlılğın qorunmasına dair keçirilən görüşün davamı və bu sahədə görülən qlobal işlərin daha da sürətləndirilməsi xarakteri daşıyır. 
Görüşdə 80-ə yaxın ölkənin müdafiə naziri iştirak edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar