Zahid Oruc : «Azərbaycan Dağlıq Qarabağa getmək istəyən xarici ölkə vətəndaşlarının səfərini təşkil etməlidir»
01.02.2017 709 0.0 0

“Azərbaycan Lapşin adlı bloqgerin ölkəyə ekstradisiyası haqqında məsələ qaldırıb. Belarus məhkəməsi də bununla bağlı müvafiq qərar verib. Bu qərar Azərbaycan sərhədlərini pozaraq Dağlıq Qarabağ getməyin hüquqi nəticələr doğurduğu barədə xarici dövlətlərin vətəndaşlarına bir xəbərdarlıqdır”.

Məlumata görə, bu sözləri Milli Məclisin yaz sessiyası çərçivəsində ilk plenar iclasında millət vəkili Zahid Oruc deyib. O bildirib ki, Azərbaycan Dağlıq Qarabağa getmək istəyən xarici ölkə vətəndaşlarının səfərini təşkil etməlidir: “Ermənilər onları təmas xəttindən Qarabağa buraxmayanda o insanlar məhz Ermənistandan narazı qalacaq”. 
 
Z. Oruc Qafqaz Universiteti və digər universitetlərin bağlanmasına da toxunub: “Kimsə deyə bilər ki, tələbələrin köçürüldüyü ali məktəblər daha prestijlidir. Ancaq vətəndaşların bu sahədə problemləri məhkəmə müstəvisinə çıxarmaq imkanı olmalıdır. Bunun üçün “Ali təhsil haqqında” qanun qəbul edilməlidir”. 
 
Z. Oruc Azərbaycanın beynəlxalq səviyyədə maraqlarını qorumaq üçün dövlət büdcəsində xüsusi büdcə ayırmasını da təklif edib: “ABŞ Azərbaycanda UNİCEF-in xətti ilə 12 milyon dollar xərcləyib. Biz beynəlxalq maraqlarımızı qorumaq üçün müstəqil dövlət kimi bu barədə qərar verməliyik”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar