Yüz milyon insanın ölümünə səbəb ola biləcək vulkan aşkarlanıb
15.02.2018 863 0.0 0

Yaponiyanın Kobe Universitetinin geoloqları Kyuşu adası yaxınlığında püskürəcəyi halda böyük faciəyə səbəb ola biləcək supervulkan aşkarlayıblar.

 

“Scientific repots” nəşrinə istinadən verilən xəbərə görə, Yaponiya sahillərində aşkarlanmış həmin vulkan 34 kub/kilometr maqmaya sahibdir və 100 milyon insanın ölümünə səbəb ola bilər.

 

Bu vulkanın 7,3 min il əvvəl püskürərək Yaponiyanın cənubunda sivilizasiyasının məhvinə səbəb olduğu bildirilir.

 

Mümkün püskürmə Çin, Cənubi və Şimali Amerika sahillərinə çatacaq sunami meydana gətirə, vulkanın külü isə Yaponiyanın bəzi ərazilərində "vulkanik qış" yarada bilər. 

 

Lakin tədqiqatçılar vulkanın aktivləşmə ehtimalını 1% qiymətləndirirlər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar