Yumurta qalmaqalı Avropanı bürüyür
17.08.2017 679 0.0 0

Avropada zərərli yumurta qalmaqalı daha iki ölkəyə sıçrayıb.

Məlumata görə, İsveçrə və Macarıstandakı iri marketlərdə zərərli yumurtaların satıldığı üzə çıxıb. Onların Almaniyadan idxal edildiyi bildirilir. Macarıstanın Qida Nazirliyi ölkəyə daxil olan bütün yumurta məhsullarının xüsusi yoxlamalardan keçirələcəyini açıqlayıb.

Qeyd edək ki, buna qədər Hollandiya, Fransa, Belçika, Polşa və digər 12 avropa ölkəsində tərkibində "fipronil"maddəsi olan yumurtalar aşkarlanıb.

Quşçuluq təsərrüfatlarında gənə və müxtəlif həşəratların yayılmasına qarşı istifadə edilən bu maddə insanın böyrək və ciyərlərində problemlərə yol aça bilir./Metbuat.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar