Yük maşını çaya düşüb, sürücü və sərnişinin suda boğulduğu ehtimal olunur
30.03.2016 487 0.0 0

Salyanda çaya düşən “KamAZ” markalı yük maşınının sürücüsünün və avtomobildə olan sərnişinin suda boğulduğu ehtimal olunur.
 
Məlumata görə, “KamAZ” markalı 10 MP 867 dövlət nömrə nişanlı yük avtomobili Bakı şəhəri Xətai rayon sakini, Əsədullayev Əhməd Əsədulla oğlunun adına qeydiyyatdan keçib və avtomobil Qobustan rayon sakini, Şıxzərli kənd sakini Qocayev Araz Babayar oğlunun mülkiyyətinə verilib. Lakin sonuncunun sürücülük hüququ yoxdur.
 
Hadisə yerində axtarışlar davam etdirilir./apa/
 
***** 21.48
 
Sudan çıxarılan avtomobildə sürücü aşkar edilməyib.  Məlumatına görə, axşam saatlarında Salyan rayonu ərazisindən keçən Kür çayının qolu olan “Bala Kür” adlanan çaya “KamAZ” markalı avtomobil aşıb. Avtomobil sudan çıxarılsa da salonda sürücü aşkar edilməyib. Hazırda hadisə yerində  hüquq-mühafizə orqanlarının əməkdaşları və əlaqədar qurumlar tədbirlər həyata keçirir. Sürücünün suda boğulub-boğulmaması məlum deyil.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları cəlb edilib.
 
Hadisə barədə əlavə məlumatlar dəqiqləşdirilir./apa/
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar