YPX QƏZAYA DÜŞDÜ-FOTO
09.02.2015 848 0.0 0

Qazeta.info-ya daxil olan məlumata görə bu gün səhər saat 10-00 radələrində DYP Binəqədi şöbəsinə məxsus 10 YP 564 dövlət nömrə nişanlı BMW avtomobili qəzaya uğrayıb.

Bildirək ki ,qəza Rəsulzadə qəsəbəsində  DYP Binəqədi şöbəsinə yaxın ərazidə baş verib.Hadisə şahidlərinin bildirdiyinə görə,  10 YP 564 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qapını açıb avtomobildən düşmək istəyərkən arxadan gələn Honda CRV  90 VG 812 nömrə nişanlı avtomobil YPX -ya məxsus avtomobilin qapısını vurub sıradan çıxarıb.Hadisə nəticəsində DYP əməkdaşının xəsarət alıb almaması barədə Binəqədi şöbəsi ilə əlaqə saxlamağa çalışırıq. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar