Yol qaydalarını pozan sürücü saxlanıldı
29.10.2019 506 0.0 0

Oktyabrın 27-də saat 7 radələrində Yevlax-Ağdam yolunun 17-ci km-də Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Səlimov idarə etdiyi "Toyota" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qazeta.info bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürücü özünü şübhəli apardığından nəqliyyat vasitəsindəki 2 baş inəklə birgə Bərdə RPŞ-yə təhvil verilib.

Araşdırmalar zamanı E.Səlimovun inəkləri həmin gün Qobustan rayon sakini Ə.Rizvana məxsus fermadan oğurlaması da müəyyən edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar