Yol polisi maşını ilə `avtoş`luq etdilər – VİDEO
19.07.2017 902 0.0 0

DYP avtomobilini mülkü şəxs idarə edərək şou göstərir.

Üzərində sayrışan işıq və Yol-Patrul Xidməti yazılmış yol polisi avtomobili ilə “avtoş”luq edən sürücünün videosu sosial şəbəkələrdə yayılıb.

Qazeta.info  Avtosfer.az-a istinadla xəbər verir ki, avtomobilin üzərində Azərbaycanın gerbi və Yol-Patrul Xidməti yazısı olsa da, dövlət nömrə nişanı Gürcüstana məxsusdur. Sükan arxasında isə mülkü şəxs var və o, bir neçə dəfə təhlükəli manevrlər edir.

Videonun sonunda danışan gənc bildirir ki, bu, bir film çəkilişi üçün hazırlanan avtomobildir.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar