Yol Polisi güclü KÜLƏKLƏ əlaqədar sürücülərə müraciət etdi
01.06.2017 976 0.0 0

Hazırda paytaxtda davam edən güclü külək səbəbindən Bakı şəhəri üzrə yol hərəkəti ilə bağlı hələ ki hər hansı bir hadisə qeydə alınmayıb.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov sürücüləri diqqətli olmağa çağırıb: “Biz də sürücülərə, avtomobil sahiblərinə müraciət edirik ki, belə hava şəraitində diqqətli olsunlar, yol hərəkəti qaydalarına riayət etsinlər”./Trend/


Digər xəbərlər:
Şərhlər
avatar