Yol polisi avtomobili saxladı, içindən silah-sursat çıxdı
11.07.2019 530 0.0 0

İyulun 10-da saat 12 radələrində Bakı-Qazax yolunun 380-ci kilometrliyində - Şəmkir rayonu ərazisində “BMW” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda ona “Saxla” işarəsi verilmişdir. Lakin nəqliyyat vasitəsinin sahibi tabeçilik göstərməyərək hərəkətə davam etmişdir.
Qazeta.info DİN Mətbuat Xidmətinə əsasən xəbər verir ki, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobil Könüllü kəndi ərazisində məcburi qaydada dayandırılmışdır.
Sənədlərini təqdim etmək tələb olunarkən sürücü və sərnişinin şübhəli davranışları, həyəcanlı halda olmaları yol polisi əməkdaşlarının diqqətindən yayınmamışdır.
Avtomobilə baxış zamanı onların bu gərginliyini səbəbi məlum olmuşdur.
Belə ki, yük yerinə baxış zamanı oradan “AKM” markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.
Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini A.Hüseynov və sərnişini olan qardaşı H.Hüseynov saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişlər.
Araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar