Yırtıcı ilə bir evdə yaşayır, birgə nahar edirlər - VİDEO
31.05.2016 792 0.0 0

Ailə üzvləri ilə  oyun oynayır, süfrə arxasına keçib onlarla birgə nahar edir. Söhbət bir insandan yox, boyu  2 metrdən çox olan ayıdan gedir. Rusiyada bir cütlüyün  ayı ilə eyni evdə yaşaması  ölkədə maraqla qarşılanıb.

Svetlana və Yuri Pantelenko  illərdir ki, bu ayıya evlərində yer veriblər. Artıq  23 yaşına çatan əyripəncə həyətdə onun üçün nəzərdə tutulmuş xüsusi otaqda gecələyir. Ancaq gün ərzində evdə  Svetlana və Yuri ilə vaxt keçirən ayı hətta  onlarla divana əyləşib televizora da baxır.

Bir insanın  ac ayı görəndə qaçması normal haldır. Ancaq Rusiyalı cütlük  hər gün bu ayı ilə eyni süfrə arxasında əyləşir. Sahibləri ilə nahar edən yırtıcının ən çox sevdiyi isə,  yuri və svetlananın ona nəvaziş göstərməsidir.

Amma bu ayının qarnını doyurmaq da hər insanın işi deyil. Yırtıcı hər gün  bir qazan sıyıq, bir neçə kiloqram balıq və xeyli sayda yumurta yeyir. Ağzının dadını yaxşı bilən ayı üçün əvəz olunmaz qida məhsulu  qatılaşdırılmış süddür./atv.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar