Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərin sayı açıqlanıb
26.08.2016 792 0.0 0

2016-cı ilin I yarım ili üzrə Azərbaycanda yetkinlik yaşına çatmayanlar ümumilikdə 244 cinayət hadisəsi törədiblər. 

 

Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsindən məlumat verilib. 

 

Şöbədən bildiriblər ki, bu müddətdə avaraçılıq və dilənçiliklə məşğul olan 250 nəfər yetkinlik yaşına çatmayan şəxs aşkarlanıb. Küçə uşaqlarının sayı isə 12 olub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar