Yeniyetmə cüdoçuların muxtar respublika birinciliyi başa çatıb
09.03.2022 378 0.0 0

Gənclər və İdman Nazirliyi,  Gənclər Fondu, Azərbaycan Cüdo Federasiyası və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə cüdo üzrə yeniyetmələr (2008-2010-cu il təvəllüdlü) arasında muxtar respublika birinciliyi keçirilib.
Qazeta.info xəbər verir ki, Naxçıvan şəhərində İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 100-dən çox idmançı tatami üzərinə çıxıb. Beynəlxalq Cüdo Federasiyasının yeni qaydaları çərçivəsində təşkil olunan birincilikdə idmançılar 10 çəki dərəcəsində qüvvələrini sınayıblar. 

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, ACF-nin vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev  mükafatlandırma mərasimində qazanılan idman nailiyyətlərindən bəhs edib, cüdoçuları təbrik edərək onlara uğurlar arzulayıblar. 

Yarışın yekun nəticəsinə əsasən, qızlar arasında qalib adına Səkinə Bağırlı layiq görülüb. Oğlanların mübarizəsində Rəhim Qaybalıyev (34 kq), Eldar Əliyev (38 kq), Məhəmməd Mədətli (42 kq), Qurban Məmmədli (46 kq), Arif Cabbarov (50 kq), Ülvü Babayev (55 kq), Aqil Hüseynov (60 kq), Gürkan Quliyev (66 kq), Oğuz Qasımov (73 kq) və Rəhman Qənbərli (+73 kq) öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.

Sonda qaliblər diplom və medalla mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, nazir müavini Məcid Seyidov, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, ACF-nin vitse-prezidenti Elnur Məmmədli və ACF-nin baş katibi Rəşad Rəsullu təqdim ediblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar