Yeniləndi- Şirvanda 3 avtomobil toqquşub, ölən və xəsarət alanlar var-VİDEO, FOTO
22.10.2016 1160 0.0 0

Şirvan şəhərində zəncirvarı avtomobil qəzası baş verib.

 

APA-nın məlumatına görə, şəhərin Heydər Əliyev prospektində “Hamann” markalı avtomobil iki "VAZ 2106" markalı maşınla toqquşub.

 

Nəticədə “Hamann”ın sürücüsü, Şirvan şəhər sakini 1992-ci il təvəllüdlü Mehrabov Vüqar Bəxtiyar oğlu hadisə yerində ölüb.

 

Hadisə nəticəsində 4 nəfər- Şirvan sakinləri, 1964-cü il təvəllüdlü Mustafayev Elbəy Oruc oğlu, 1980-ci il təvəllüdlü Mustafayev Elşən Elbəy oğlu, 1970-ci il təvəllüdlü Davudov Zaur Gülağa oğlu və 1997-ci il təvəllüdlü Mehrabov Elmir Tərlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

   

Faktla bağlı Şirvan Şəhər Polis İdrasində araşdırma aparılır.

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar