Yeniləndi-Bakıda ağır avtobus qəzası: 4 ölü
12.04.2015 832 0.0 0

 

Bakıda ölümlə nəticələnən uol-nəqliyyat hadisəsində 4 nəfər ölüb.

Hadisə yerindən verilən məlumata görə, Zabrat-Maştağa yolunda 105 saylı marşrut xəttində işləyən avtobusla "VAZ-2107" markalı avtomobil toqquşub.

Nəticədə minik avtomibilində olan 4 nəfər - 1 sürücü, 3 sərnişin ölüb. 

İlkin ehtimallara görə, qəzaya minik avtomobilinin avtobusun yoluna çıxması səbəb olub. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

 

                                                                  *****

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yerindən şahidlərin verdiyi məlumata görə, Zabrat-Maştağa yolunda 105 saylı marşrut xəttində işləyən avtobusla minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilində olan 4 nəfərin öldüyü bildirilir. 

Fövqəladə Hallar Hazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları və Təcili Tibbi Yardımın hadisə yerinə gəlib./anspress/

Hadisə barədə əlavə məlumat veriləcək. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar