Yeni şəxsiyyət vəsiqələri təqdim olundu – FOTO
05.12.2017 1559 0.0 0

"Bakutel" sərgisində yeni şəxsiyyət vəsiqəsi çiplərinə elektron imza sertifikatlarının yazılması istiqamətində işlərin təqimatı olub.

Bu barədə 1news-a istinadən xəbər verilir.

Qeyd olunur ki, yeni vəsiqələr 2019-cu ildən istifadəyə veriləcək.

Yeni nəsil şəxsiyyət vəsiqlərinin bir çox üstünlükləri olacaq.

Belə ki, bu vəsiqəni əldə edən şəxslərin artıq elektron imza sertifikatı almasına ehtiyac qalmayacaq: “Elektron daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin əsas özəlliyi odur ki, onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatları daxil ediləcək. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək. Bununla da vətəndaşlar e-imza sertfikatı almaq məcburiyyətində qalmayacaq”./Oxu.az/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar