Yeni doğulmuş şahzadənin şərəfinə qızıl pul buraxıldı (FOTO)
04.05.2015 602 0.0 0

Böyük Britaniyada 2 mayda doğulmuş şahzadınin şərəfinə xatirə 5 funt sterlinq nominallıq sikkə buraxılıb.

Məlumata görə, satışa çəkisi 40 qramlıq 916 əyarlıq 22 karatlıq 400 sikkə çıxarılıb. Onların satış qiyməti 1800 funt sterlinqdir. 

Daha 9500 sikkə 28 qramlıq gümüşdən hazırlanıb. Onların qiyməti isə 80 funt sterlinqdir.

Hər iki sikkənin üzərində II Yelizavetanın portreti həkk edilib. Pulun tərs üzündə kral hakimiyyəti nişanı və "Şahzadə və Kembric şahzadəsi", "İkinci uşağın doğulması şərəfinə" yazılıb.

Bundan əlavə, balaca şahzadə ilə eyni gündə doğulan uşaqlara 2015 gümüş penni hədiyyə ediləcək.

İyunun əvvəllində Şahzadə Uilyam və Keyt Middltonun ilk övladları Corcun böyük qardaş olmasının şərəfinə 750 soverenin (İngiltərədə bir funt sterlinqə bərabər qızıl pul) satışa çıxarılması gözlənilir. O sikkələrin üzündə kraliçanın portreti, tərs üsünə isə əjdaha ilə vuruşan müqəddəs Qeorq тəsvir edilib.

Xatırladaq ki, balaca şahzadə Londonun Müqəddəs Məryəm xəstəxanasında dünyaya gəlib. O, babası Çarlz, atası - şahzadə Uilyam və böyük qardaşı - şahzadə Corcdan sonra Britaniya taxtına dördüncü namizəddir./anspress/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar