Yavər Camalov İsrail səfirini qəbul edib
02.09.2016 485 0
Müdafiə sənayesi naziri Yavər Camalov sentyabrın 2-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.
Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Azərbaycanla İsrail arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.
Y. Camalov MSN-in fəaliyyəti ilə bağlı səfirə məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb./apa/
Digər xəbərlər:
Şərhlər




