Yasamalda tikinti dayandırılan ərazidən texnika çıxarıldı - VİDEO
17.04.2017 678 0

Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində tikintisi dayandırılan yerdən texnika çıxarılıb.
Bu barədə "Report"a həmin ərazini mühafizə edən şəxs məlumat verib.
O bildirib ki, ərazidə tikinti dayandırılıb, rəhbərliyin göstərişi ilə dünən texnika oradan uzaqlaşdırılıb.
Mühafizəçi bildirib ki, hazırda ərazidə rəhbər şəxslərdən heç kəs yoxdur: "Mənə tapşırıq verilib ki, əraziyə heç kəs buraxılmasın. Hazırda burada iş getmir. Rəhbərliyin isə əraziyə nə vaxt gələcəyini bilmirəm".
Digər xəbərlər:
Şərhlər