Yas mərasimlərinə striptiz göstərən qızlar çağırılır
26.04.2015 930 0.0 0

Çində qəribə adət var, yas mərasiminə ekzotik rəqqasələr, striptiz göstərən qızlar dəvət edilir. 

Məlumata görə, Çində mərhumun xatirəsinə göstərilən hörmət yasa gələnlərin sayı ilə ölçülür. Bu səbəbdən bəzi yerlərdə əlavə qonaq cəlb etmək üçün rəqqasələrə müraciət edilir.

Çin hakimiyyəti artıq bu adətə son qoymaq niyyətində olduğunu bildirir. Ölkənin Mədəniyyət Nazirliyinin rəsmi bəyanatında əxlaqsız rəqslərin mərasimlərdə yer alması pislənir. Nazirliyik adəti kökündən kəsmək üçün polislə yaxından işləyəcəyini bəyan edir.

Ədəbdən kənar rəqslərin Hebey və Szyansu vilayətində yer alan mərasimlərdə çoxluq təşkil etdiyi bildirilir. Hər iki yerdə təşkilatçılarla ifaçıların cəzalandırılıb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar