Yaponiyada bir gecədə 2 partlayış (FOTO)
24.08.2015 608 0.0 0

Yaponiyada bu gecə partayışlarla yadda qalıb.

ABŞ – a məxsus hərbi bazada baş verən partlayışdan bir neçə saat sonra daha bir güclü partlayış Yaponiyanın paytaxtı Tokio şəhərinin “Xaneda” aeroportu yaxınlığında yerləşən poladtökmə zavodunda baş verib. 

Xarici mətbuata istinadla verilən məlumata görə, hadisənin təfərrüatları hələlik məlum deyil. Müəssisə “Nippon Steel” Yaponiya poladtökmə şirkətinin mülkiyyətidir. 

Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur. "Xaneda" hava limanı Yaponiyanın ikinci ən böyük hava limanıdır.

 

 


Yaponiyada partlayışdan sonra baş verən yanğın


Bundan əvvəl Yaponiyada ABŞ –a məxsus hərbi bazada güclü partlayış baş vermişdi. 

Hadisə Yaponiyanın Saqamixara şəhərində ABŞ-a məxsus hərbi bazada baş verib. Partlayış hərbi bazanın texniki təchizat anbarlarından birində olub. 

Yanğın tez bir zamanda söndürülüb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar