Yaponiya sahillərində Şimali Koreya vətəndaşlarının meyiti tapılıb
04.12.2017 715 0.0 0

Yaponiyanın Suruoka şəhəri sahillərində Şimali Koreya vətəndaşları olduğu ehtimal edilən üç nəfərin meyiti taplıb.

Məlumata görə, bu barədə NHK telekanalına istinadən TASS məlumat yayıb.

Onların hər üçünün üzərində xilasedici jiletlər olub. Ölənlərdən birinin paltarın;n yaxas;nda KXDR-in yaradıcısı Kim İr Senin şəklini 'ks etdir'n nişan olub.

İki gün öncə eyni sahildə taxta qayıq aşkar edilib. Polis qayığın həmin adamlara məxsus olduğu fikrindədir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar