YAP-da Mətbuat günü münasibətilə tədbir keçirilib
19.07.2017 800 0.0 0

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 22 İyul Mətbuat Günü münasibəti ilə partiyanın fəaliyyətini işıqlandıran bir qrup jurnalistlə görüş keçirilib.

 

Məlumata görə, partiya adından jurnalistlərlə görüşən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan mətbuatının uzun bir yol keçməsindən danışıb.

 

Azərbaycan xalqının maarifçiliyə marağından və bu sahədə nailiyyətlərindən danışan M. Qurbanlı burada mətbuatın yolunu yüksək qiymətləndirib. O həmçinin qeyd edib ki, müasir Azərbaycan mətbuatı da eyni ənənəni davam etdirir və dövlətin diqqəti, qayğısı medianın üzərindədir: “YAP olaraq da biz həmişə mətbuatla əməkdaşlığı intensiv formada saxlamışıq”.

 

Sonda jurnalistlərə mükafatlar təqdim olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar