Yanukoviçin oğlu dəfn edildi (VİDEO, FOTO)
23.03.2015 776 0.0 0

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu Viktor Yanukoviç Sevastopolda hərbi qəbirstanlıqda dəfn edilib. 

Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, sabiq deputatın cəsədi çarter reysiylə Sevastopola gətirilib.

Moskva vaxtı ilə saat 13:10-da Krım aeroportuna gətirilən kiçik Yanukoviçin cəsədinin Sevastopola aparılmasına bir saat lazım olub. Sevastopolun məbədlərindən birində Viktor Yanukoviç üçün dua oxunduqdan sonra cəsədi yerli hərbi qəbiristanlıqlardan birində dəfn edilib. Məbədin qarşısında Andreyevsk bayrağı ənənə üzrə aşağı endirilib.

Ukrayna Ali Radasının sabiq deputatının həlak olması Regionlar Partiyası tərəfindən də təsdiq edilib. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar