Yanan evdən meyit tapıldı
17.02.2015 829 0.0 0

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə istinadla bildirir ki, Salyan şəhərində yaşayış evidə yanğın hadisəsi baş verib.

Hadisə zamanı ümumi sahəsi 275 kv.m olan birmərtəbəli binanın 1 otağında qapı və evin içində olan əşyalar yanıb.

Nazirlikdən yayılan xəbərə görə, yanğının kəşfiyyatı zamanı hadisə yerindən 1932-ci il təvvəllüdlü Rüstəmov İbrahim Soltan oğlunun cəsədi aşkar olunmuşdur. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar