Yalançılar belə ifşa olunur (VİDEO)
16.09.2015 730 0.0 0

Ünsiyyətdə bədən dili 60%, intonasiya 30%, sözlər isə 10%-lik təsirə malikdir.

ANS TV-nin məlumatına görə, hər gün yalan danışan insanlarla
qarşılaşırıq. Bəzən özümüzün də kiməsə yalan dediyi vaxtlar olur. El arasında deyirlər ki, “yalanın ömrü 40 gün çəkir”. Amma bədən dilini bilmək kifayətdir ki, həmin yalanı deyildiyi anda üzə çıxara biləsiniz.

Ünsiyyətdə bədən dili 60%, intonasiya 30%, sözlər isə 10%-lik təsirə malikdir. Bədən dili yalan danışan insanı ələ verə bilir. Aparılan araşdırmalara görə yalan danışan insanlar bir çox ortaq xüsusiyyətlərə malikdirlər. 

Yalan danışan adam qarşısındakı şəxsdən gözlərini qaçırır, baxışlarını sağa doğru çevirməsi isə onun hadisələri şişirtdiyindən xəbər verir. 

Dik durmamaq, baxışlarını aşağı salmaq və ya əli ilə alnına toxunmaq utancın göstəricisidir. Belə desək, insan yalan danışdığı anda utanmasa belə, bədəni onun əvəzinə utanır. Yalan danışan anda insan qarşısındakı şəxs arasında məsafə yardıb geriyə doğru çəkilir.

Yalan danışan insan tez -tez başını burnunu qaşıyır və ya ağız nahiyəsinə toxunur. Danışan zaman bədənin müxtəlif nahiyəsinə toxunmaq, onu sığallamaq özünü sakitləşdirməyin göstəricisidir. Bu əksər zaman yalan danışarkən baş verir. 

Hər jesti də yalan kimi qiymətləndirmək olmaz. Ola bilər ki, o həmin anda hansısa düşüncənin altında olub. 

Danışarkən öz boynunu yüngülcə sıxmaq insanın hal hazırdakı şəraitdən bezdiyini, danışığı uzatmaq istəmədiyini göstərir. Çox zaman yalan deyən insanlar danışdıqları fikir barədə mövzunun uzadılmasını və ona sual verilməsini istəmirlər. Çünki beyin real olmayan hadisə üzərində düşünməyə başlıyır. Bu isə müəyyən qədər zaman aparır. Bu zaman arasında insan ya bir sözü bir neçə dəfə təkrarlıyır, yada suala sual ilə cavab verir. 

Yalan danışarkən bu hərəkətləri etməmək demək olar ki, mümkün deyil. Çünki bədən dili qeyri-ixtiyari ortaya çıxan hərəkətlərdən əmələ gəlir./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar