Yadplanetlilərlə tanışlığa az qaldı
08.04.2015 788 0.0 0

10-20 il ərzində yadplanetlilərlə tanış ola bilərik. Məlumata görə, bu açıqlamanı Amerika Kosmik Agentliyi - NASA-nın elm adamları veriblər. 

NASA-nın qabaqcıl elm adamlarından olan Ellen Stofan Vaşinqtonda verdiyi açıqlamada “gələcək 10 il ərzində dünyadan kənarda həyat olduğuna dair güclü məlumatlar əldə edəcəyimizə və 10-20 il ərzində qəti sübutlara sahib ola biləcəyimizə inanıram" deyib. 

Onun sözlərinə görə, artıq bu axtarışda ehtiyac olan texnologiyaya sahibdirlər. “Haraya, necə baxacağımızı bilirik". 

NASA-nın Heliofizika bölməsinin direktoru Ceffri Nevmark da artıq məsələnin kosmosda həyat tapıb-tapa bilməyəcəkləri deyil. Məsələ bunu nə zaman tapacağımızdır. "Amma biz balaca yaşıl adamlardan yox, mikroblardan bəhs edirik"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar