Yadplanetlilərlə əlaqənin tarixi açıqlandı
28.02.2018 1075 0.0 0

Nəzəriyyəçi fizik Mitio Kaku insanların yadplanetlilərlə gələn yüzillikdə müqavilə bağlayacağını bildirib.

Bildirək ki, bu barədə “Science Alert” jurnalında məlumat yayılıb.

Alim bu proqnozu “Reddit”də “AMA” (Ask Me Anything – tərc. İstədiyin sualı ver) silsiləsindən verdiyi onlayn müsahibədə, sosial şəbəkə istifadəçilərinin suallarını cavablandıran zaman səsləndirib.

Alimin sözlərinə görə, yadplanetlilərin hansı kosmik sivilizasiyalara aid olduğunu öyrənmək üçün onların dilini deşifrə etmək lazım gələcək. Ancaq “şüur qardaşları” ilə rabitə qurmaq elə də asan olmayacaq, çünki onlar istənilən halda Yer planetindən azı onlarla işıq ili uzaqlıqda olacaq.

SETI (Search for Extraterrestrial Intelligence) layihəsinin böyük astronomu Set Şostak isə yadplanetlilərlə yaxın 20 il ərzində radiodalğalar vasitəsilə ünsiyyətin qurulacağını bildirir. Daha tanınmış nəzəriyyəçi-fizik Stiven Hokinq isə yadplanetlilərin bəşəriyyət üçün təhlükə mənbəyi olduğunu iddia edir və insanları heç bir halda kosmik sivilizasiyaların ismarıclarını qəbul etməməyə çağırır. 

Astronomlar Maykl Hippke və Con Lerned də onunla razılaşırlar. Onlar “qeybdən” gələn ismarıclarda ziyanlı şifrələrin və ya təhlükəli dezinformasiyanın ola biləcəyini iddia edirlər./Oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar