Ya pul, ya da...
01.06.2016 863 0.0 0

Polşa yığmasının və “Bavariya” klubunun hücumçusu Robert Levandovski “Real Madrid”ə keçə bilər. Məlumata görə, futbolçu “Kral Klubu”na keçidin əleyhinə olmadığını bildirib. O, Münhen klubuna şərt qoyub.

Levandovski illik 20 milyon avro məvacib verəcək kluba keçə biləcəyini istisna etməyib. Təbii ki, “Bavariya” rəhbərliyi onu komandada saxlamaq istəyirsə, maaşını oyunçunun tələb etdiyi məbləğə yüksəltməlidir. Hazırda Münhen klubunda illik maaşı 9 milyon avro olan 28 yaşlı futbolçuya almanlar 15 milyon təklif ediblər. Ancaq Levandovski məvacibinin 20 milyon avro olmasında israrlıdır. Əgər “Bavariya” onun istəyini həyata keçirməsə, futbolçu o zaman “Real”la danışıqlara başlayacaq.

 

 


Robert Levandovski "Real Madrid"ə 4 qol vurub (arxiv)


Məlumata görə, “Kral Klubu”nun idman direktoru Xose Anxel artıq Levandovskinin agenti ilə danışıqlara başlayıb. "Real" Bavariya”ya rəsmi təklif göndərməyə hazırdır. Alman klubu futbolçu üçün 100 milyon avro istəyir. 

Robert Levandovski 2014-cü ildə "Borussiya" Dortmund klubundan "Bavariya"ya keçib. Polşalı hücumçu 4 dəfə Almaniya çempionu olub. Futbolçu peşakar karateçi Anna Levandovski ilə ailə həyatı qurub. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar