Yəməndə terror aktı nəticəsində ölənlərin sayı 70-i ötüb
30.08.2016 579 0.0 0

Yəmənin Ədən şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 70-i ötüb.

 

Sky News-a istinadən verilən xəbərə görə, onlarla insan müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

 

Ədəndə terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü idən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir./apa/

 
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar