Yəməndə qızlar məktəbində terror aktı: 28 ölü
 
 30.06.2015 534 0
 
 
Yəməndə baş verən növbəti terror aktında 28 nəfər ölüb.
Xarici mətbuata istinadən məlumata görə, paytaxt Səna şəhərində qızlar məktəbində güclü partlayış baş verib. 
Minalanmış avtomobilın partladılması nəticəsində ölən 28 nəfərin 8-i qadın olub. 
Terror aktının "Ənsar Allah" (husilər) şiə hərəkatının səhra komandirlərinə qarşı yönəldildiyi bildirilir.
Yəməndə hakimiyyət dəyişikliyindən sonra Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələrinin koalisiyası husilərə qarşı hərbi əməliyyata başlayıb./anspress/
Digər xəbərlər:
Şərhlər




