Yəməndə hökumət qüvvələri husi üsyançılarına qarşı əməliyyatlar keçiriblər.
Məlumata görə, əməliyyatlar Əl-Tələl Həmrə şəhərində baş tutub. Hökumət qüvvələri üsyançıların nəzarəti altında olan həbsxananı azad ediblər. Döyüşlərdə üsyançılara qarşı iriçaplı silahlardan istifadə olunub.
Qarşıdurmalar əsasən dağlıq ərazilərdə gedib. Əməliyyatkara, eyni zamanda, Səudiyyə Ərəbistanı hərbi hava qüvvələrinə məxsus qırıcılar da dəstək veriblər.
Ötən gün Yəmənin baş naziri Xalid Bahaya qarşı təşkil olunmuş sui-qəsd cəhdinə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. Ədən şəhərində oteldə törədilən partlayış nəticəsində 15 hərbçi ölümüşdü. Lakin baş naziri hücumdan sağ xilas ola bilib.
Hadisənin partlayış olduğu bildirilsə də, Yəmən rəhbərliyi otelin, əslində, raket hücumuna məruz qaldığını iddia edir. Hadisədən bir qədər sonra paytaxt Sənada kamikadze məsciddə partlayış törədib. Nəticədə azı 7 nəfərin öldüyü bildirilir.
Husi üsyançıları
Yəməndə mart ayından hökumət qüvvələri ilə üsyançılar arasında davam edən döyüşlərdə indiyə qədər 5200-dən çox insan öldürülüb. Ölkədə münaqişənin əsas qarşıduran tərəfləri husi qiyamçıları və Yəmən hökumətidir.
Husilər şiə məzhəbinin Zeydi təriqətinə aiddirlər. Onlara qarşı nəinki Sanadan qovduqları hökumət, həm də sünni tayfaları çıxış edirlər. Bundan əlavə Ərəb yarımadasındakı əl-Qaeda (AQAP) və şiələri kafir sayan İŞİD cihadçıları da onlara qarşıdırlar.
Martın 20-də İŞİD husi tərəfdarlarının toplaşdığı 4 məsçiddə 130 insanın həyatına son qoymuş intihar bombaları partlatmaqla özünün bu ölkədəki qanlı debütünə başlayıb. Husilər Yəmənin şimalından gəliblər və ölkənin əksər hissəsində geniş dəstəyə malik deyillər.
Bununla belə, onlar ötən sentyabrda paytaxt Sananı ələ keçirməklə özlərini mahir döyüşçü kimi göstəriblər. Qüdrətli keçmiş prezident Əli Abdullah Salehin də onları dəstəklədiyi düşünülür. Saleh bu yolla BMT tərəfindən dəstəklənən prezident Hadini ölkənin normal idarəetməsindən məhrum etməyə çalışır.
Yəmənə ağır döyüşlər davam edir\
Bəzi iddialara görə şiəməzhəb husi qiyamçılarını həm də İran dəstəkləyir. Qiyamçılar bu iddiları rəsmən təkzib edirlər, lakin onların əsas fiqurlarının İranın müqəsddəs Qum şəhərinə baş çəkdikləri xəbər verilib. Belə söhbətlər də var ki, İran pilotları husilərə aviasiya dəstəyi verirlər.
Bu vəziyyət hazırda Səudiyyə Ərəbistanını ciddi narahat edir, lakin ər-Riyad qonşu ölkədə İrana meylli hərəkatın yayılması qarşısındfa bir qədər gec ayılıb.
Pərdə arxasından döyüşənlər
2010-cu ildə Yəmənlə ortaq sərhədlərində husilərə aviasiya zərbələri endirmiş səudlar deyirlər ki, İranın regionda məzhəb ədavəti toxumlarını səpməsinə yol verməyəcəkılər. Səudiyyə Ərəbistanı hazırda Yəmənlə sərhəddə möhkəm çəpərin quraşdırılması ilə məşğuldur və Qırmızı dənizdəki Cizan portundakı hərbi dəniz donanması bazasını gücləndirməyə çalışır.
Təhlilçiləri narahat edən budur ki, Yəməndəki vətəndaş müharibəsində qarşıduran tərəfləri dəstəkləyən İran və Səudiyyə bu münaqişəyə birbaşa cəlb oluna bilərlər. Bəzi şərhçilərin fikrincə isə İranın husilərə dəstəyinin miqyası xeyli şişirdilib.
Səudiyyə Ərəbistanı ordusu Yəməndə
Müdaxilələr tarixi
Yəmən öz tarixində ilk dəfə deyildir ki, xarici müdaxiləyə məruz qalır. 1960-cı illərdə Camal Əbdül Nasir Yəməndə krala sadiq qüvvələrə qarşı döyüşən respublikaçıları dəstəkləmək üçün Misirin hərbi təyyarələrini göndərmişdi.
Ədən və ona bitişik bəzi rayonlar 1967-ci ilədək Britaniyanın protektoratı olub. O vaxtlar Cənubi Yəmənə sovetlər tərəfindən dəstəklənən kommunistlər rəhbərlik edirdirlər. 1994-cü ilin vətəndaş müharibəsi zamanı Səudiyyəninin ölkənin ikiyə parçalanması üçün cəhdlər göstərdiyi iddia olunur. Son 20 ildə isə ABŞ bu ölkədə azsaylı hərbi kontingentə malik olub. Hazırda 200 nəfərlik bu qüvvə Yəməndən çıxarılıb./anspress/