Xüsusi Xidmət Rəhbərləri Bakıya toplaşır
20.05.2016 4998 0.0 0


MDB ölkələrinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının (TXORŞ) növbəti iclası Azərbaycanda keçiriləcək. 

Məlumata görə, bu barədə Rusiya Federal Təhqiqat Bürosunun Şuranın Minskdə keçirilən 40-cı iclasının yekunu ilə bağlı bəyanatında deyilir.

Şuranın 41-ci iclasının 2016-cı ilin III və ya IV rübündə keçiriləcəyi bildirilir.

TXORŞ 2020-ci ilə qədər olan dövrdə Birlik ölkələrinin innovasiya əməkdaşlığına dair dövlətlərarası məqsədli proqramın ilkin layihəsi barədə məsələləri, MDB üzvü olan dövlətlərin intellektual mülkiyyətin müdafiəsi sahəsində əməkdaşlığını tənzimləyən sənədlərin hökumət başçılarının müzakirəsinə təqdim edilməsi nəzərdə tutulur.

 

Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında

TXORŞ 1997-ci il martın 28-də xüsusi xidmətlərin beynəlxalq xarakterli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər fəaliyyət sahələrində səmərəli qarşılıqlı fəaliyyətin, habelə təhlükəsizlik orqanlarının səlahiyyətlərinə aid məsələlərdə Dövlət Başçıları Şurasının və Hökumət Başçıları Şurasının qərarlarının həyata keçirilməsinin təmin edilməsi məqsədilə yaradılıb.

Şura mövcud olduğu illərdə 28 iclas keçirmiş, bu iclaslarda xüsusi xidmətlərin səlahiyyətlərinə aid 148 məsələyə baxılıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar