Xoşqədəmdən şok etiraf: məşhur aparıcı doğmalarına vəsiyyət etdi
09.07.2015 995 0.0 0

Tanınmış jurnalist Xoşqədəm Hidayətqızı “İnstagram” səhifəsində şok etiraf edib. Məlumata görə, ANS TV-də yayımlanan "Axtarıram səni" və "Sən tək deyilsən" layihələrinin müəllifi və aparıcısı ağır xəstəliyə düçar olduğunu açıqlayıb. Tezliklə xarici ölkələrin birinə müayinəyə yola düşəcəyini deyən Hidayətqızı vəsiyyətini də edib:

“Düz üç il əvvəl həkim yoxlamanın nəticələrini mənə izah edərkən çox üzülmüşdü. Dedi ki, sən güclüsən, bunun da öhdəsindən gələcəksən. Xəstəxanadan çıxdım, kimə zəng edim, kiminlə məsləhətləşim dedim. Evə zəng etməyə cəsarətim olmadı.

Çünki ailəmin nə qədər üzüləcəyinə əmin idim. Bəlkə bir saat yağışın altında gəzdim və sonunda əvvəl çalışdığım iş yoldaşlarımın birinə zəng etdim. O da mənə “sən güclüsən” dedi. Doğrudan güclüyəmmiş, üç il həkimin söylədiklərinin 50 faizini etdim. İş, iş, iş… Hətta mən deyirdim ki, studiyada öləcəm. Keçən ay növbəti yoxlamada həkim bildi ki, onun məsləhətlərinin 50 faizini etmişəm. Hansı ki, stressdən tamam uzaq olmalıydım. Hətta son aylarda yaşadığım stress".

Aparıcı indi yenidən yoxlamaya getdiyini deyib. "Ümid edirəm yenə hamı deyəcək ki, sən güclüsən.

Allah eləməsin, ölüm. Bax onda, o dünyada çatlayaram. Çünki mənə pislik edənlər və haqqımda yazanlar, yazdıranlar çox “üzüləcək”. Axı, var belələri, öldükdən sonra deyirlər ki, o yaxşı insan idi".

X. Hidayətqızı həmişə uzaq yola çıxarkən hər kəslə görüşdüyünü deyib. Bu dəfə də o bütün borclarını yazıb. 

"Yaxınlarıma demişəm. Beş gündür yenə haqq-hesab kitablarını vərəqləyirəm. Deyəsən, mən yenə studiyada öləcəyəm”./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar