XİN İraqda daha bir azərbaycanlı uşaq haqda araşdırmaya başladı
13.10.2017 539 0.0 0

 

Bir müddət öncə İraqdakı uşaq evlərindən birinə 4 yaşlı azərbaycanlı Abdulla və bacısı Xədicənin yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı.

Qazeta.info bildirir ki, Azərbaycan XİN-nin sözçüsü Hikmət Hacıyev Oxu.az-a açıqlamasında bildirib ki, uşaqlardan biri artıq Xarici İşlər Nazirliyinin xətti ilə Azərbaycana gətirilib. 

“Qeyd olunan Xədicə adı dəqiq deyil. Hazırda onunla bağlı identifikasiya işləri aparırıq. Amma Azərbaycanın İraqdakı səfirliyinin müşayiəti ilə Abdulla adlandırılan azərbaycanlı azyaşlı dünən axşam saatlarında vətənə gətirililib”, - deyə H.Hacıyev bildirib.

XİN nümayəndəsinin sözlərinə əsasən, Abdullanın  gətirilməsi üçün İraq tərəfi ilə müvafiq sənədləşmə işləri aparılıb. Hazırda uşaq nazirliyin nəzarətindədir.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar