Xatirə İslam: Burdan mənim ancaq meyitim çıxa bilər! (VİDEO)
26.05.2015 1539 0.0 0

Azərbaycanın ən reytinqli "Maşın" realiti-şousunda, nəhayət “Nağıl”ın final mərhələsi gəlib çatdı.

Məlumata görə, əməkdar artist Murad Dadaşovun layihə rəhbəri və aparıcısı olduğu "Maşın" realiti-şousunda bu gündən etibarən iştirakçılar daimi maşının ətrafında dayanmalıdırlar.

Gərginlik getdikcə artır. Yeganə xanım finalçı Xatirə Islam Rəşad və Samirə nisbətən daha da qətiyyətli görünür.

"Buradan ancaq meyidim çıxa bilər" deyən Xatirə, heç kim üçün darıxmadığını, sadəcə maşın haqqında düşündüyünü deyir: "Övladımı o qədər çox sevirəm ki, bunu sözlərlə ifadə etmək çətindir. Amma hazırda beynimi dondurmuşam. Ancaq və ancaq məqsədim barəsində düşünürəm".

Hazırda şouda iştirakını davam etdirənlər müğənnilər Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlıdır./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar