Xankəndində güclü partlayışlar və pulemyot səsləri
08.04.2016 511 0.0 0

Şəhərin kənarından pulemyot atəşləri başlayıb.

Azərbaycanın işğal altında olan Xankəndi şəhərində, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Qarabağ separatçıları ilə danışıqları zamanı bir neçə güclü partlayış baş verib. RİA Novosti-yə istinadən  verilən xəbərə görə, partlayışlarla yanaşı şəhərin kənarından pulemyot atəşləri başlayıb. Həmsədrlərin görüşlərinin başa çatmasını gözləyən çoxsaylı jurnalistlər qaranlıqda işıq saçan pulemyot güllələrinin uçuşunu öz kameralarına çəkiblər. Lakin qondarma rejimin nümayəndələrindən şəhərdə nə baş verdiyi haqda məlumat almaq mümkün olmayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar